AZ

Bu müəllim sertifikasiya imtahanında maksimum bal toplayıb

Bu gün keçirilən sertifikatlaşdırma imtahanında Lənkəran-Astara bölgəsinin iki müəllimi maksimum (60 bal) nəticə göstərib.
 
Moderator.az xəbər verir ki, onlar Masallı şəhəri 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Azad Mustafayev və Cəlilabad şəhəri Şah İsmayıl Xətai adına 4 nömrəli orta məktəbin coğrafiya müəllimi Rəvan İmanovdur.
 
Bu gün Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Astara, Masallı və Lənkəranda yerləşən 3 mərkəzdə 415 nəfər müəllimin test imtahanı mərhələsinə cəlb olunması nəzərdə tutulub. Bugünkü sertifikatlaşdırma prosesində coğrafiya, ibtidai sinif müəllimləri iştirak edirlər.
Seçilən
5
moderator.az

1Mənbələr