AZ

Bakı zavodunu yükləməyə hazırıq - Putin

Rusiya və Azərbaycan logistika və istehsal, xüsusən də gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bizim yaxşı layihələrimiz var - "Şimal-Cənub" və logistika sahəsində və yeri gəlmişkən, istehsalatda, o cümlədən gəmiqayırmada bir sıra digər yaxşı sahələrdə. Biz sifarişlərimizlə Bakı gəmiqayırma zavodunu yükləməyə hazırıq", - o bildirib.

Putin qeyd edib ki, Azərbaycanla birgə layihələrin yaxşı məzmunu var:

“Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumiyyətlə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7% artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir”.

Seçilən
0
10
bakivaxti.az

10Mənbələr