AZ

“Barselona” transferdə son addımı atdı - Uzunmüddətli müqavilə

“Barselona” heyətini gücləndirmək istiqamətində işlərini davam etdirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu “Atletik”in vingeri Niko Uilyamsla artıq razılığa gəlib.

Razılaşdırılmış müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Uilyamsın illik maaşı vergilər çıxıldıqdan sonra təxminən 7-8 milyon avro olacaq.

Hazırda “Barselona” “Atletik”lə transferi rəsmiləşdirmək üçün maliyyə detallarını həll etməyə çalışır. 22 yaşlı futbolçunun müqaviləsində 58 milyon avroluq çıxış maddəsi olduğu bildirilir.

Bundan əvvəl “Barselona”nın idman direktoru Dekunun ispaniyalı futbolçu ilə görüşmək üçün İbizaya getdiyi bildirilmişdi.

Seçilən
0
1
sportinfo.az

10Mənbələr