Uşakov: Minskə səfəri Putinin 2025-ci ildə ilk xarici səfəri olacaq
Rusiya prezidenti Vladimir Putinin Minskə səfəri onun 2025-ci ildə ilk xaricə səfəri olacaq. Rusiya lideri iyunun sonunda Belarusa səfər etməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə onun köməkçisi Yuri Uşakov TASS-a bildirib.
İyunun 27-də respublikada sammit keçiriləcək.