AZ

İlon Maskın “Ship 36”-I partladı, dəhşətli yanğın baş Verdi

İyunun 18-i axşam Texasda sınağa hazırlaşan “Starship”in prototipi “Ship 36” partlayıb. Qəzanın videosunu “NasaSpaceFlight” yayımlayıb.

Qurğu sınaq poliqonunda statik yanğın sınağı üçün hazırlanırmış ki, qəfil partlayıb və kosmik gəmini sıradan çıxarıb. “SpaceX” açıqlamasında gəminin “böyük anomaliya” ilə qarşılaşdığını bildirib. Qəzanın dəqiq səbəbləri daha sonra müəyyən ediləcək.

“SpaceX”, yaxınlıqdakı icmalar üçün heç bir təhlükə olmadığını söyləyib, lakin insanları sınaq sahəsinin təhlükəsizliyini təmin etmək üçün işlər davam edərkən uzaq durmağa çağırıb.
Qeyd edək ki, statik yanğın sınağı atışa hazırlığın bir hissəsidir. Belə sınaqlar zamanı raket mühərriki və ya mühərriklər dəsti alovlanır, bu zaman kosmik gəmi buraxılış meydançasına etibarlı şəkildə bağlanır.

//Samir Qurbanov, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr