AZ

İran MAQATE rəhbərinə qarşı hüquqi addımlar atacaq

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin İsrailin zərbələrindən sonra heç bir tədbir görməməsinə cavab olaraq hüquqi addımlar atmağa hazırlaşır.

Redaktor.az "Fars" agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib.

“Hərəkətsizliyinizə dərhal son qoymaq və İsrail rejiminin bütün beynəlxalq hüquq normalarına zidd olan təcavüzünü pisləməklə öz hüquqi öhdəliklərinizi yerinə yetirmək lazımdır”, - Eslami Qrossiyə məktubunda yazıb.

Onun sözlərinə görə, İran öz suveren hüquqlarını qorumaq üçün lazımi tədbirlər görəcək və "xüsusilə Qrossinin hərəkətsizliyi ilə bağlı" müvafiq hüquqi addımlar atacaq.

Qeyd edək ki, Qrossi daha əvvəl bildirmişdi ki, İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra radiasiya sızması riski var. MAQATE-nin baş direktoru xatırladıb ki, İranda atom elektrik stansiyaları da daxil olmaqla, nüvə ilə bağlı başqa obyektlər də var ki, onlara heç bir halda hücum etmək olmaz.

Turan İSMAYIL

Seçilən
6
2
redaktor.az

7Mənbələr