AZ

Haaqa NATO sammiti ərəfəsində “qala”ya ÇEVRİLİR

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 24-25-də Haaqada keçiriləcək NATO sammiti öncəsi şəhər gücləndirilmiş təhlükəsizlik tədbirləri səbəbindən demək olar ki, hərbi zonaya çevrilib.

News24.az xəbər verir ki, “Narıncı Qalxan” adlı əməliyyat çərçivəsində minlərlə əsgər və polis şəhəri qoruyacaq. Yollar bağlanıb, hava məkanı məhdudlaşdırılıb, ictimai nəqliyyatın marşrutları dəyişdirilib, əsas obyektlər ətrafında parkinq qadağandır. Ofis işçilərinə evdən işləmək tövsiyə olunub.

Təhlükəsizlik tədbirlərinə 27 min polis və 10 min hərbçi cəlb edilib. Hərbi patrullar, F-35 qırıcıları və dronlar hava və dəniz üzərində nəzarət aparacaq. İstehkamçılar partlayıcı maddələrin olub-olmadığını yoxlayacaq, mülki dronların istifadəsi isə qadağandır.

Etiraz aksiyaları da gözlənilir. Magistral yolların bağlanması cəhdlərinə qarşı polis və xüsusi təyinatlılar hazır vəziyyətdədir.

Sammitin proqramı ABŞ Prezidenti Donald Trampın iştirakı səbəbilə qısaldılıb və tədbirin 24 saatdan az davam edəcəyi gözlənilir. NATO baş katibi Mark Rutte iştirakçıları misli görünməmiş təhlükəsizlik altında qarşılayacaq./yenicag

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
news24.az

2Mənbələr