AZ

İsrail Qəzzaya hava zərbəsi endirdi - 67 nəfər öldü

BAKI, 20 iyun. TELEQRAF

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 67 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

"Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara dağıntılar altından çıxarılan daha əvvəl həlak olmuş iki nəfərin qalıqları da daxil olmaqla 69 nəfərin cəsədi təhvil verilib. Həmçinin 221 yaralı xəstəxanalara çatdırılıb" - deyə, məlumatda qeyd olunur.

Səhiyyə Nazirliyinin son məlumatlarına görə, martın 18-dən bəri İsrail Müdafiə Qüvvələrinin hərəkətləri nəticəsində 5401-dən çox insan həlak olub, 18 mindən çox insan yaralanıb. Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında qızışmasından bu yana qurbanların ümumi sayı 55 706 nəfərdir, 130 101 nəfər yaralanıb.

Seçilən
13
teleqraf.com

1Mənbələr