Məşhur amerikalı aktyor və restler Halk Hoqan boyun və kürək problemləri səbəbilə xəstəxanaya yerləşdirilib.
Ölkə.az Milli.Az-a istinadən xəbər verir ki, radioaparıcı Todd Klem onun vəziyyətinin ağır olduğunu bildirib.
Lakin Hoqanın nümayəndəsi açıqlamasında qeyd edib ki, 71 yaşlı ulduz boyun əməliyyatından sonra yenidən hərəkət edə bilir və əvvəlki xəstəliklərlə mübarizəsini davam etdirir.