Ukrayna Prezidenti Volodimir Zelenski Gennadi Şapovalovu Silahlı Qüvvələrin Quru Qoşunlarının baş komandanı təyin edib.
“Yeni Sabah” xəbər verir ki, müvafiq fərman dövlət başçısının ofisinin saytında dərc olunub.
O bu vəzifədə Mixail Drapatıyı əvəzləyəcək.
Qeyd edək ki, Şapovalov quru qoşunları üçün baş zabitlər hazırlayan ABŞ ordusunun Hərbi Kollecində təhsil alıb.
Telegram kanalımız