AZ

Patrik Andrade məhkəməyə verildi

Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Serbiyanın "Partizan" klubu "Qarabağ"ın sabiq futbolçusu Partik Andradedən Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib. SİA xəbər verir ki, müraciət CAS-a 2024-cü ildə ünvanlanıb.

Dinləmələr isə bu həftə - iyunun 17-də olub. Müraciətin səbəbi və məhkəmənin qərarı açıqlanmayıb.

Xatırladaq ki, Patrik Andrade ilk dəfə "Qarabağ"da 2020-ci il avqustun 28-dən 2022-ci il iyulun 1-dək çıxış edib. Ardından o, azad agent qismində "Partizan"a keçib. 2022/2023 mövsümündə Andrade Belqrad komandasında 26 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Lakin Kabo Verde yığmasının yarımmüdafiəçisi 2023-cü il iyulun 15-də Serbiya klubundan yenidən Ağdam klubuna transfer olunub və onunla 2 illik müqavilə bağlanılıb. İyunun 11-də 32 yaşlı oyunçunun başa çatan sözləşmənin uzadılmadığı açıqlanıb. Hazırda Andrade klubsuzdur.

"Sabah" komandası 2025/2026 mövsümündə Sloveniyanın "Tsele" komandasını Avropa Liqasının I təsnifar mərhələsində üstələyəcəyi təqdirdə, II mərhələdə "Partizan" - AEK (Larnaka, Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
5
sia.az

6Mənbələr