Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Ayaks" klubu İngiltərə Premyer Liqasının son qalibi "Liverpul"un 23 yaşlı qapıçısı Vitezslav Yaroşu heyətinə cəlb edib.
Fanat.Az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Amsterdam klubunun rəsmi saytı çexiyalı qolkiperi icarəyə götürdüklərini açıqlayıb. Yaroş növbəti mövsümü Amsterdam klubunda keçirəcək.
Bu, Yarosun karyerasında beşinci icarədir: o, əvvəllər İrlandiyanın "Sent Patrick's", İngiltərənin "Notts Kaunti" və "Stokport Kaunti", eləcə də Avstriyanın "Şturm" klublarında çıxış edib. Ötən mövsüm isə o, iki dəfə "Liverpul"un əsas heyətində yer alıb. Bunlardan biri Premyer Liqa, digəri İngiltərə Liqa Kubokuna təsadüf edib.
Mirağa
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.