AZ

Məhkəmə yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar çıxardı

ain.az, Pravda.az portalına istinadən məlumat yayır.

Ali Məhkəmədə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəbrail Fərzəliyev 10 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təmin edilməyib.

 

Qeyd: İş üzrə "Paşabank" ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev "Azərbaycan Respublikasının Gənclər Fond"na 385 min manat, "Paşabank" ASC-yə qarşı isə 342 min manat mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.

Kamal Məmmədov 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
pravda.az

2Mənbələr