AZ

Məhkəmə nəvəsini döyərək yerdə sürüyən nənə ilə bağlı qərar çıxardı

ain.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zəminə Dəmirçiyevanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə ötən il paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Zəminə Dəmirçiyeva evdə toplanmış zibili qızın otağı qarşısına atması səbəbindən 18 yaşlı nəvəsi, zərərçəkmiş Səmayə Dəmirçiyeva (adı, soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman qadın nəvəsinin saçından tutub yerə yıxaraq başını yataq otağının qapısına vurub, yerə tökülmüş şüşə qırıntılarının üzərində sürüyüb.

Hadisədən sonra Zəminə Dəmirçiyeva saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə ona 1000 manat məbləğində cərimə cəzasının təyin edilib.Kamal Məmmədov 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
pravda.az

2Mənbələr