Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Sonuncu zəvvar qruplarının olduğu təyyarə Bakı vaxtı ilə saat 12:40-da səmaya qalxacaq".
Bu barədə Oxu.Az-a təyyarədə olan zəvvarlardan biri məlumat verib.
Onun sözlərinə görə, son təyyarədə 190 sərnişin olacaq.
Misir, Türkiyə və Gürcüstan üzərindən uçaraq Bakıya istiqamət alan təyyarənin saat 16:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər mayın 25-dən başlayıb. Ümumilikdə 1 250 azərbaycanlı zəvvar təyyarələrlə mayın 31-dək Məkkəyə çatdırılıb.
Rəhim Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.