AZ

ABŞ İranda taktiki nüvə silahından istifadə etməyi istisna etmir

Vaşinqton İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinə zərbələr endirmək üçün taktiki nüvə silahından istifadə etməyi istisna etmir.

Oxuməni.az xəbər verir ki, bu barədə cümə axşamı “Fox News” telekanalının jurnalisti Ceki Heynrik məlumat verib.

Bundan əvvəl Britaniyanın “The Guardian” qəzeti ABŞ prezidenti Donald Trampın bu obyektə zərbə endirmək üçün taktiki nüvə silahından istifadə etməyi düşünmədiyini yazıb.

"Ağ Ev rəsmisi mənə dedi ki, bu nəşrin məzmunu həqiqətə uyğun deyil, ABŞ ordusu Fordodakı obyekti məhv etmək üçün bunker bombalarının effektivliyinə şübhə etmir və heç bir variant, o cümlədən taktiki nüvə silahları müzakirə olunmur", - Heynrik X-də yazır.

Almaz Həsənli

Seçilən
1
2
oxumeni.az

3Mənbələr