AZ

"Zirə"nin rəqibi hazırlıq planını açıqladı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olacaq Xorvatiyanın "Hayduk" komandası yeni mövsümə hazırlıq planını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, Split təmsilçisi bu gündən təlim-məşq toplanışına başlayır. 

İyunun 27-dək təmsil etdiyi bölgədə yeni baş məşqçi Qonsalo Qarsiyanın rəhbərliyi altında çalışacaq "Hayduk" daha sonra hazırlığın əsas mərhələsi üçün Sloveniyanın Bled şəhərinə yollanacaq. Bir həftəlik toplanış ərzində "Hayduk" iki yoxlama matçı keçirəcək. İyunun 30-da rəqib Bolqarıstanın MOİK (Sofiya), iyulun 4-də isə Sloveniyanın "Radomle" klubu olacaq.

Sloveniyadan qayıtdıqdan sonra hazırlığı Splitdə davam etdirəcək komanda daha bir neçə yoxlama oyunu planlaşdırır. İyulun 18-dəki rəqibin Avstriyanın LASK komandası olacağı bilinir. Qalan görüşlərin tarixi yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyununu iyulun 24-də Bakıda, cavab görüşünü isə 31-də Splitdə keçirəcək.

Seçilən
13
fanat.az

1Mənbələr