AZ

Qobustan Xəstəxanasında bu il 155 əməliyyat baş tutub

Qobustan Rayon Mərkəzi Xəstəxanasında 2025-ci ilin ilk 5 ayı ərzində 44 320 pasiyentə xidmət göstərilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına təşkil edilən mediaturda məlumat verilib.

Məlumata görə, bu müddət ərzində 155 əməliyyat, 12 doğum baş tutub. Radioloji xidmətlərdən 22 900, laboratoriya xidmətlərindən isə 65 800 nəfər istifadə edib.

Mina Mikayılova

Seçilən
9
2
bakivaxti.az

7Mənbələr