AZ

Boris Titov: "Sentyabrın əvvəlində rusiyalı investorlar Azərbaycana gələcək"

Rusiyalı iş adamlarından ibarət qrup investisiya imkanlarını öyrənmək üçün sentyabrın əvvəlində Azərbaycana səfər edəcək.

“Report”un məlumatına görə, bunu Rusiya Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov bildirib.

O, Azərbaycanda tərəfdaşlarının olduğunu bildirib: "Biz şərab istehsalına sərmayə yatırmışıq".

B. Titov Rusiya şirkətlərinə Azərbaycana investisiya yatırmaq üçün çağırış edib: "Sentyabrın əvvəlində rusiyalı iş adamlarından ibarət qrupu gətirəcəyik. Amma onlar təkcə ən gözəl yerləri görmək üçün gəlmirlər. İnvestisiya imkanlarına həsr olunan tədbir keçiriləcək və biz müxtəlif sahələri təmsil edən bu iş adamlarını öz pullarını bu ölkəyə yatırmalarının mümkünlüyünə və vacibliyinə inandıracağıq".

Seçilən
68
report.az

1Mənbələr