“Atletiko”nun baş məşqçisi Dieqo Simeone FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 2-ci turunun “Sietl Saunders”lə oyununu şərh edib.
Arena.az xəbər verir ki, Madrid klubu dörd qolun qeydə alındığı bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
55 yaşlı argentinalı mütəxəssis matçdan sonra komandasının qələbəsinə belə şərh verib:
“Birinci hissədə biz çoxlu fürsətlər yaratdıq, komandam isə ilk 30 dəqiqə ərzində çox yaxşı oynayırdı. Ardınca isə onların qolu qələbəni şübhə altına aldı. Amma komandam necə fəaliyyət göstərmək gərək olduğunu bilirdi, mən isə qələbədən məmnunam”, deyə “El-Çolo” ləqəbli Dieqo Simeone vurğulayıb.
2-ci turdan sonra “B” qrupunun yarış cədvəli belə sıralanıb:
- “Botafoqo” – 6 xal;
- PSJ – 3 xal;
- “Atletiko” (Madrid) – 3 xal;
- “Sietl Saunders” – 0.