Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının sonuncu - yeddinci günündə qarışıq komanda yarışı baş tutacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi 1/8 finalda Almaniya komandası ilə qarşılaşacaq.
Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (kişilər: - 73 kq, -90 kq, +90 kq; qadınlar: -57 kq, - 70 kq, +70 kq) görüşlər təşkil olunacaq. Mübarizəyə 16 yığma (172 cüdoçu) qatılacaq.
Təsnifat görüşləri saat 12:00-dan, final bloku isə 20:00-dan etibarən başlayacaq.