“Zirə”nin futbol üzrə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunun tarixi dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Premyer Liqanın gümüş mükafatçısı Xorvatiyanın “Hayduk” komandası ilə iyulun 24-də yox, 1 gün tez qarşılaşacaq. Buna iyulun 24-də Bakıda Azərbaycanın digər təmsilçisi “Araz-Naxçıvan”ın da Konfrans Liqası matçının olması səbəb göstərilib. UEFA-nın qaydalarına əsasən, bir yarışda eyni şəhərdə iki oyun keçirilə bilməz. Buna görə də qəbəsə təmsilçisinin matçı bir gün əvvələ dəyişdirilib.
Görüş 8-ci km stadionunda (“Neftçi Arena”) keçiriləcək.
Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ikinci görüş iyulun 21-də Xorvatiyada baş tutacaq.