Sea Breeze

Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Zabrat qəsəbəsində növbəti dəfə vətəndaş qəbulu keçirib.

Zabrat Bələdiyyəsinin inzibati binasında təşkil olunan qəbul zamanı qəsəbənin ümumi vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən problemlər – infrastruktur, məşğulluq imkanları, sosial rifah və hüquqi dəstəyə olan ehtiyaclar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Deputat Azər Allahverənov Zabrat Bələdiyyəsinin məsul şəxsləri ilə birgə səsləndirilən müraciət və təklifləri diqqətlə dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

ETX
ETX
ETX