AZ

Azadlıq prospektində təmir yolu iflic etdi

Azadlıq prospektinin Binəqədi ərazisindən keçən hissəsində aparılan təmir işləri ilə bağlı yolda iki həftədən çoxdur ki, gərgin vəziyyət yaranıb. Avtobuslar ləngiyir, sərnişinlər kilometrlərlə yolu piyada getmək məcburiyyətində qalırlar.

Yenisabah.az milli-yə istinadla xəbər verir ki, ötən ayın sonundan başlayan təmir işləri hələ də yekunlaşmayıb. Əksinə, daha çox ərazilərdə hərəkət qismən məhdudlaşdırılıb.

Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sxeminə və keçmiş "Azərsu" ASC-nin texniki şərtinə əsasən, Binəqədi şosesində inşa edilmiş yeni yaşayış komplekslərinə kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alınaraq sözügedən ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülüb.

İşin icrası zamanı nəqliyyatın hərəkəti tam dayandırılmayıb. Təmirin nə vaxt yekunlaşacağına dair məlumat verilmir.


Telegram kanalımız
Seçilən
17
1
yenisabah.az

2Mənbələr