AZ

Rusiya Ermənistanın hava məkanını Rusiya üçün bağlayacağını etiraf edib

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın öz hava məkanını Rusiyaya bağlaya biləcəyini etiraf edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu fikri SPİEF-də Rusiya-Ermənistan biznes dialoqu zamanı bildirib.

"Avropa İttifaqı səmalarını Rusiya təyyarələrinin üzünə bağladı. Ermənistan da səmalarını bağlayacaqmı? Avropa Birliyinə daxil olsanız, Brüssel sizə deyəcək ki, səmanızı bağlayın və seçiminiz qalmayacaq",- deyə o qeyd edib.

Baş nazirin müavini əlavə edib ki, Rusiya tərəfi bu ssenarini nəzərə alıb və vəziyyəti dəyərləndirir.

Ermənistanın xarici işlər naziri bu yaxınlarda respublikanın Avropa İttifaqına (Aİ) daxil olmaq üçün müraciət etmədiyini açıqlayıb.

Seçilən
22
operativmm.az

1Mənbələr