AZ

Qazın bahalaşacağı barədə xəbərdarlıq edildi - Rusiyada

Qazın

İyulun 1-dən başlayaraq Rusiyada qazın topdan qiymətləri 10,3% artacaq. Bu barədə “Gazeta.Ru”ya Rusiya Maliyyə Universiteti və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov məlumat verib. O, qaz qiymətlərinin əhalinin ödəmə qabiliyyətini nəzərə alaraq, inflyasiya səviyyəsində — yəni 10%-dən çox olmamaq şərtilə artırılacağını proqnozlaşdırır.Yuşkov bildirib ki, qaz şirkətləri tariflərin qaldırılması üçün təzyiq göstərsə də, dövlət inflyasiya ilə mübarizə məqsədilə tarif artımlarını məhdudlaşdırmağa çalışır. Yeni tariflər əsasən elektrik enerjisi şirkətləri və kommunal xidmətlərdən başqa bütün istehlakçıları əhatə edəcək.2024-cü ilin dekabr ayında hökumətin və Federal Antimonopol Xidmətinin qərarları ilə təsdiqlənmiş bu qiymət artımı regionlarda son istifadəçi tariflərinə birbaşa təsir edəcək, xüsusilə istilik və digər enerjiyə tələb olunan xidmətlərin qiymətinin artmasına səbəb olacaq.Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 3-6 iyun tarixlərində Rusiyada illik inflyasiya 9,71%-ə çataraq əvvəlki həftənin 9,66%-lik göstəricisini üstələyib.Ulusum.az

Diqqət Çəkənlər

ABŞ kəşfiyyatı: İran nüvə silahı üzərində işləməyib — Trampın iddiaları təkzib olundu

Bu 3 quruyemiş yumurta qədər tox saxlayır

Kişilərdə sonsuzluğa səbəb olan 3 əsas təhdid

Seçilən
36
ulusum.az

1Mənbələr