Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.
Mia.az xəbər verir ki, dövlət başçısı Laziz Kudratovun Azərbaycana səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.