ain.az, Idman.biz saytına istinadən bildirir.
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev “UFC Fight Night” seriyası çərçivəsində Bakıda keçiriləcək döyüş ərəfəsində təəssüratlarını bölüşüb.
İdman.biz xəbər verir ki, o, "Podkat" layihəsinin qonağı olub.
Fiziyev qeyd edib ki, döyüşçülərin meydana çıxdığı oktaqon qəfəsi turnirin harada keçirilməsindən asılı olmayaraq eyni cür bağlanır – əsas olan oradan qan və tərlə qalib kimi çıxmaqdır.
O, həmçinin vurğulayıb ki, döyüş öncəsi heç bir təzyiq hiss etmir. Əksinə, onu motivasiya edən əsas amil – doğma divarlar arasında, doğma tamaşaçılar qarşısında, çoxlu yaxın dostlarının və doğmalarının olduğu məkanda mübarizə aparmaqdır.
Qeyd edək ki, iyunun 21-də Fiziyev çilili İqnacio Baxamondeslə döyüşəcək. Həmin axşam Azərbaycanı daha iki döyüşçü – Tofiq Musayev və Nazim Sadıxov da təmsil edəcək.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.