Oxu.az saytına istinadən ain.az xəbər verir.
Mingəçevirdə bədbəxt hadisə baş verib. 15 yaşlı yeniyetmənin Qarabağ kanalının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı bildirilir.
Şəhərin Bahar küçəsində yaşayan Hüseyn Rəsulovun yaxınlarının sözlərinə görə, o, iyunun 19-da kanala çimməyə gedibmiş.
"Mənimlə qalırdı. Çəmşid Naxçıvanski adına Hərbi Liseyə gedənə qədər boyunun uzanmasını istədiyi üçün üzməyə gedirdi. Oğlum gəlib dedi ki, ay ana, evimiz yıxıldı. Elə bil dünya başıma fırlandı", - deyə H.Rəsulovun nənəsi Təzəgül Rəsulova hadisə barədə danışarkən deyib.
Yeniyetmənin batdığı ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər, axtarışlar davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində:
Mingəçevirdə 15 yaşlı yeniyetmə kanalda batdı - Boyunun uzanmasını istədiyi üçün üzməyə gedirmiş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.