AZ

“Laçın bulvarı”nda balıqlar suya buraxıldı Video

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün diplomatlar Laçında olublar. 

Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Diplomatik korpus nümayəndələrinin Laçın səfəri Seyrangahda davam edib. Burada qonaqlar Laçın şəhərinə açılan mənzərəyə baxıb, Laçının yenidən abadlaşdığına şahid olublar.

Səfər zamanı qonaqlar Həkəri çayının Laçın şəhər mərkəzindən keçən sahilində olub, çaya balıq buraxıblar.

Qeyd edək ki, diplomatik korpus nümayəndələrinin səfəri iyunun 21-də Şuşada davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
qafqazinfo.az

2Mənbələr