Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Bizim universitetlərdə təhsilin keyfiyyəti də kifayət qədər yaxşı deyil. Universitetin inkişafı istiqamətində müəyyən işlər görülür. Amma bizdə universitetlərin qiymətləndirilməsi ilə bağlı reytinqlər var. Bütün beynəlxalq reytinqlərdə bizim universitetlər heç də yaxşı yerlər tutmurlar. Bu da heç kimə sirr deyil və faktdır”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov açıqlamasında bildirib ki, attestatla qəbul aparılan bəzi universitetlərin adı var, özləri əslində yoxdur və yaxud həmin universitetlər Azərbaycan universitetlərindən də kifayət qədər geri qalırlar.
İlqar Orucov
“Yaxşı universitetlərə bizim o beyinli, savadlı uşaqlarımız gedir. Yerdə qalanların - hansı ki, aşağı bal toplayırlar və yaxud attestatla qəbul olunmağı düşünürlər - təhsillə bağlı perspektivlərinə də əslində inanmıram. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan universitetlərinə qəbulu asanlaşdırmaq olar. İmkan yaratmaq lazımdır ki, tələbə qəbul olsun, oxuya bilməsə sonra həmin ali məktəbdən uzaqlaşdırılsın. Biz universitetlərdən buraxılışı çətinləşdirək. Biz universitetlərin daxili tələblərini gücləndirək. Belə deyək, sadəcə "kimə gəldi" diplom verməyək. Mən bu fikirdəyəm”-deyə İlqar Orucov qeyd edib.
Xatırladaq ki, mayın 25 -də II-III cü qruplar üzrə keçirilən qəbul imtahanlarında tarix fənnindən sualların həddən artıq çətin olduğu müzakirə edilir, bu da çox sayda abituriyentin xarici universitetləri seçməyinə zəmin yaradan amillərdən biridir.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.