ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi sakinləri evlərinin damının söküldükdən sonra onlara satılmasından şikayətçidirlər.
Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, qəsəbənin Tofiq Bayramov küçəsində abadlaşdırma məqsədilə fərdi yaşayış mənzillərindən sökülən dam örtükləri yenidən sakinlərə 2 manat - 2 manat 50 qəpiyə satılır.
Onların sözlərinə görə, uşaqlıqdan boya-başa çatdıqları bu mənzillərin dam örtükləri abadlaşdırma məqsədilə sökülürsə, sakinlər istədikdə ödənişsiz onlara qaytarılmalıdır:
"Biz deyəndə niyə pulla satırsınız, ustalar deyirlər ki, rəhbərlik belə tapşırıb. Onlar bildirirlər ki, müdiriyyət tərəfindən zəhmət haqqı ayrılmayıb, işlədikləri sahədən onlara yalnız 50 qəpik pul düşür, buna görə də sökülən örtükləri çıxarıb gündəlik zəhmət haqqı əldə edirlər".
Sözügedən məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
Aygün Mirakif
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.