AZ

Etibarnaməyə hansı halda xitam verilir? - Hüquqi rəy

Etibarnamə, bir şəxsin digər şəxsə hüquqi və ya maddi məsələlərdə onu təmsil etməsi üçün verdiyi rəsmi sənəddir. Həyatın müxtəlif sahələrində geniş tətbiq olunan bu hüquqi alət vasitəsilə insanlar öz işlərini etibar etdikləri şəxslər vasitəsilə həll edə bilirlər. Lakin etibarnamənin müddətsiz olması onun daim qüvvədə qalması demək deyil. Hüquqi baxımdan müəyyən hallarda etibarnaməyə xitam verilə bilər. Bu halların hər biri qanunvericilikdə dəqiq şəkildə tənzimlənir və tərəflərin hüquqlarının qorunması üçün xüsusi əhəmiyyət daşıyır. Bəs hansı situasiyalarda etibarnamə qüvvədən düşür və hüquqi nəticələr doğurmur? 
 
 Moderator.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki,  Mülki Məcəllənin 365-ci maddəsində etibarnaməyə xitam verilməsinin əsasları nəzərdə tutulub:
 
"Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:
 
- etibarnamənin müddətinin bitməsi;
 
- etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi;
-  etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;
 
- etibarnamə verilmiş şəxsin imtinası;
 
- adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;
 
- adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;
 
- etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması;
 
- etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması.
 
Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir".
 
Mehin Mehmanqızı
 
Seçilən
15
moderator.az

1Mənbələr