Ağ Partiyanın sədri Tural Abbaslı bir müddət əvvəl müsahibəsində İran və İsrailin heç vaxt müharibə etməyəcəyi barədə fikirlərinin gündəmə gətirilməsinə, sosial şəbəkələrdə tənqid edilməsinə münasibət bildirib.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, XXI əsrdə müharibə geniş anlayışdır.
“İnsanlar bu məsələləri müxtəlif cür yozurlar. Hazırda İsrail və İran bir-birilərinə raket atır, ancaq hərbi obyektləri bombalayırlar. Biz bunu klassik anlamda müharibə kimi qiymətləndiririksə, belə çıxır ki, İsrail Suriya və İraqda da müharibə aparır. Çünki həm Suriyanı, həm də İraqı bombalayır. Yaxud Amerika Suriyada, Livanda,. İraqda, Yəməndə əraziləri vurub. Onda belə çıxır ki, Amerika da Yəməndə müharibə aparır?
Bəzən siyasətdən xəbəri olmayanlar, siyasət anlayışını başa düşməyənlər ümumi, səthi analizlər edir, aranı qarışdırırlar. Bu gün İsrail və İran bir-birilərinə ballistik raketlər atırlar, yaxud İsrail İran daxilində təxribatlarla terror edir. İran və İsrailin bir-birilərinə hazırda raket zərbələri endirmələrinə də müharibə deyirik, Ukrayna və Rusiya arasındakına da.
Rusiya-Ukrayna müharibəsi üç ildir, davam edir, minlərlə insan həlak olub, ərazilər işğal altındadır. İran və İsrail münaqişəsində isə raket atılır, “sən dayan, mən də dayanım” kimi müzakirələr gedir. İsrail deyir ki, rejim dəyişməlidir, Amerika isə əksinə. Onda İsrail və Amerika fikir ayrılığındadır? Bu baxımdan, bir az geniş və dərin analiz aparmaq lazımdır. Görək, bir-birinə raket atmaq prosesi nə qədər davam edəcək? Rejim dəyişəcək, ya yox? Bunlar üzdən müzakirə olunası məsələlər deyil”.
Telegram kanalımız