AZ

Yaxın Şərq eskalasiyası Avropada qaz qiymətlərinin bir həftə ərzində 15% artmasına səbəb olur

İsrailin İrana hücumlarının başlamasından və regionda gərginliyin artmasından sonra Avropada Hörmüz boğazı vasitəsilə mayeləşdirilmiş təbii qazın (LNG) nəqlində mümkün fasilələrlə bağlı narahatlıqlar kəskin şəkildə artıb. Bunun fonunda son bir həftədə Avropa bazarında qazın qiyməti 15% bahalaşıb.

Fars körfəzinin çıxışında yerləşən Hörmüz boğazı Yaxın Şərqdən Ərəb dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına neft və qaz nəqli üçün kritik marşrutdur. Dünyanın LNG ticarətinin təxminən 20%-i regionun əsas maye qaz istehsalçıları olan Qətər və BƏƏ-nin bütün ixracı da daxil olmaqla, bu dar keçiddən keçir.

Böyük həcmdə Rusiya qazının itirilməsindən sonra Avropa LNG idxalından, o cümlədən Yaxın Şərqdən daha çox asılı vəziyyətə düşüb. Ona görə də qazın Hörmüz boğazından nəqli ilə bağlı hər hansı risk dərhal Avropa qiymətlərində əks olunur.

Aanadolu Agentliyinin müxbirinin verdiyi məlumata görə, iyulun 12-dən 19-dək Avropada ən böyük Hollandiya TTF mərkəzinin qiymətləri iyunun 12-dən 19-dək təqribən 15% artıb. Beləliklə, əgər iyunun 12-də bir meqavat-saat qaz 36,2 avroya başa gəlibsə, iyunun 19-da artıq 41,5 avro olub. Avqustda çatdırılma müqavilələri meqavat-saat üçün 41,9 avroya çatıb ki, bu da martın sonundan bəri ən yüksək göstəricidir.

Qiymət artımına səbəb İranın Hörmüz boğazını bağlamağa cəhd edə biləcəyi qorxusu olub. Bu hadisənin baş vermə ehtimalı son dərəcə aşağı kimi qiymətləndirilsə də, onun həyata keçirilməsi Avropa qaz idxalının təxminən 4%-ni təşkil edən Qətərdən LNG tədarükünü ciddi şəkildə çətinləşdirə bilər.

Qətər səlahiyyətlilərinin dəniz nəqliyyatının sabit qaldığına dair açıqlamalarına baxmayaraq, tanker operatorları ehtiyatlı davranmağa başlayıblar. Xüsusilə, yeddi LNG daşıyıcısı bu həftənin ortalarında Hörmüzdən keçməkdən imtina edərək Oman sahillərində gözləmə rejiminə keçib.

Son məlumatlara görə, ABŞ (46%) 2024-cü ildə Avropaya ən böyük LNG təchizatçıları olaraq qalır, ondan sonra Rusiya (16%), Əlcəzair (11%), Qətər (10%), Norveç (5%) və Nigeriya (4%).

Anormal isti hava ilə əlaqədar artan elektrik enerjisi istehlakı qiymətlərə əlavə təzyiq göstərir. Soyutmaya artan tələbat qazdan elektrik enerjisi istehsalının artmasına səbəb olur.

Hazırda Avropa anbarlarında qaz ehtiyatları yüksək olsa da, mövcud qiymət dəyişkənliyi Avropa enerji sisteminin xarici şoklara qarşı həssas olaraq qaldığını təsdiqləyir.

Seçilən
6
herbiand.az

1Mənbələr