AZ

Məktəbin qarşısında 2-ci zolaqda maşın saxlayıb xanım sürücüyə mane oldular - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakının Heydər Əliyev prospektində avtomobil yolu qanunsuz keçən piyadalardan birini vuraraq, öldürüb. Bu hadisə bir daha piyadaların nə qədər məsuliyyətli olmasını ortaya qoydu. Xüsusən, Heydər Əliyev prospekti kimi 10 zolaqlı, həm də piyada keçidləri olan yollarda piyadaların sanki özlərinə qəsd etməsi birmənalı qarşılanmır.

Mövzu ilə bağlı hüquqşünas, “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev bildirib ki, bu kimi halların qarşısı almaq üçün piyadalar da məsuliyyətə cəlb olunmalıdır. Yəni, yolu qanunsuz yerdən keçən piyadaya görə sürücü günahkar sayılmamalıdır:

“Piyada ölümlərinin qarşısını almaq üçün ilkin addım “avtonəqliyyat ekspertizalarında” sovetdən qalma kitablardan əl çəkməliyik. Piyada keçid olmayan yerdə yolu keçəndə sürücünün məsuliyyəti praktik də olmalıdır.

Yol-nəqliyyat hadisəsi ekspertizası, əsasən sürücünün riskdən qaçma imkanını riyazi hesablama ilə yoxlamasını həyata keçirərkən yeni metodologiyadan istifadə etməlidir.

Piyada keçidi olmayan yerdə şəxs yolu keçirsə, yuxarıda qeyd etdiyim hallar nəzərə alınmaqla sürücünün cinayət törətməsi istisna edilməlidir”.

Şamil Paşayev qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində və qonşularımızda piyadanı qorumaq üçün avtoban, şəhərlərarası yol və prospektlərdə yolu nizamsız keçməsinə görə ona məsuliyyət qoyulur:

“Bu mədəniyyət məktəbdə, bağçada öyrədilməlidir. Bundan başqa, nəzərə almaq lazımdır ki, bəzən piyadalara görə 2, 3, və daha çox avtomobilə zərər dəyir. Sığorta ödənişi isə maksimum 5 min manatdır. Bu da onlara dəyən zərərləri ödəməyə bəs etmir. Biz “sürücü günahkardır” düşüncəsindən çəkinməsək piyadaların ölməsi, xəsarət alması davam edəcək. Avropada, Yaponiyada, Cənubi Koreyada piyadalar 500 metr, hətta 1 km yol qət edərək keçid vasitəsilə yolu keçirlər. Şəhər daxilində isə, xüsusən sürətin maksimum 60 olduğu yerlərdə piyada keçidləri və işıqforlar çox olmalıdır. Amma təəssüf ki, Azərbaycanda piyadalar 100 metr gedib keçidlə yolu keçmək istəmirlər, kəsə yola üstünlük verib yolu qanunsuz keçirlər. Nəticədə həm özlərinə, həm də digər vətəndaşlara zərər vurur”.(lent.az)

Seçilən
9
avtosfer.az

1Mənbələr