"Monako" və "Olimpik Marsel"lə danışıq aparan fransalı yarımmüdafiəçi Pol Poqba Səudiyyə Ərəbistanı təmsilçisində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Foot Mercato" yayıb.
Məlumata görə, onun xidmətində "Əl-İttihad" maraqlıdır. Mənbə ərəblərin azad agent statusu daşıyan 31 yaşlı futbolçu ilə yüksək maddi şərtlərlə müqavilə bağlamaq istədiklərini vurğulayıb.
Xatırladaq ki, dopinq testi müsbət nəticələndiyi üçün 4 illik diskvalifikasiya olunan, sonradan cəza müddəti İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən 1,5 ilə endirilən Poqba mart ayından etibarən rəsmi matçlara çıxmaq hüququna sahibdir.