AZ

İsmayıllının Mollaisaqlı sakininin evi belə yandı - bir çöp də ələ gəlmədi... - VİDEO


İyunun 19-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində yanğın hadisəsi baş verib. Belə ki, kənd sakini Mürsəlov NofəlMürsəl oğluna məxsus ev yanıb. İlkin səbəb kimi çöldən gələn elektrik naqilində baş verən qısaqapanma ehtimal edilir.

baki-xeber.com-un məlumatına görə, evdə olan bütün əşyalar, ailəyə məxsus nə varsa hamısı yanıb kül olub. Hadisə baş verdiyi vaxt ev sahibi evdə olmayıb, uşaqlarının təhsili ilə əlaqədar Bakıda olub.

Üç övlad atası olan N.Mürsəlovun iki övladı yüksək nəticə göstərərək universitetə qəbul olunub, bir övladı isə məktəblidir.

N.Mürsəlova məxsus evin içindəki əşyalarla birgə yanması ilə əlaqədar dövlət tərəfindən hər hansı kompensasiya verilib verilməyəcəyi hələ məlum deyil. Məlim olan odur ki, vətəndaşın evi də, mal-mülkü də yanıb külə dönüb.

İradə SARIYEVA

Seçilən
16
baki-xeber.com

1Mənbələr