AZ

Mərkəzi Bank yenə “Palladium”un cərimələnməsini istədi- Bu dəfə 2 milyondan çox vəsait…

Azərbaycanda əsasən dövlət orqanları ilə əməkdaşlıq edən “Palladium Defence and Security Solutions” MMC-nin inzibati xəta törətməsi haqqında protokol tərtib edilib. Mərkəzi Bank adı çəkilən MMC-nin xaricdən mal alarkən valyuta tənzimi qaydalarını pozduğunu bildirib.

Vətəninfo.az  xəbər verir ki, Mərkəzi Bank MMC-nin Rusiyaya mal almaq adı ilə 2337500.00 Rusiya Rublu köçürdüyünü, lakin heç bir mal idxal etmədiyini qeyd edib.

Məhkəmə araşdırması zamanı Mərkəzi Bankın MMC barəsində tərtib etdiyi protokolun əsassız olduğu məlum olub.

Rəsmi sənədlərdə göstərilib ki, MMC ilə Daxili İşlər Nazirliyi arasında bağlanmış müqavilə əsasında qeyd edilən məbləğ qarşılığında məhsullar ölkəyə idxal edilib. Bunu sübut edən sənədlər məhkəməyə təqdim edilib.

Bu əsaslarla inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

“Palladium Şirkətlər Qrupu”na daxil olan – “Palladium Defence and Security Solutions” MMC şirkəti dövlət orqanları ilə əməkdaşlıq edərək ancaq onların təchizatı ilə məşğuldur.

Ölkədə bu sahədə ixtisaslaşmış yeganə şirkətdir. “Palladium Defense and Security Solutions” MMC şirkəti 2014-cü ildə yaradılıb və mərkəzi ofisi Bakı şəhərində yerləşir.

Şirkətin rəsmi saytında qeyd olunur ki, Azərbaycanda və digər xarici ölkələrdə təhlükəsizlik, hüquq-mühafizə və mülki müdafiə sahəsində kifayət qədər əməkdaşlıq əldə edilib.

Şirkətin bir neçə ölkədə (BƏƏ, Gürcüstan Respublikası, Çexiya, Almaniya və s.) tərəfdaşları vardır.

Şirkətin əsas fəaliyyət istiqamətləri mülki bazar və hüquq-mühafizə orqanları üçün mühafizə və təhlükəsizliyə dair tam həll yollarının təminatıdır.

Əsas müştərilər Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi Penitensiar Xidməti və hüquq-mühafizə orqanları, kommersiya təşkilatlarıdır.

Xatırladaq ki, Mərkəzi Bank daha əvvəl də şirkət barəsində eyni inzibati xəta ilə bağlı protokol tətbiq etmişdi. Həmin protokolun da əsassız olduğu məhkəmədə sübuta yetirilmişdi.Musavat.com

Seçilən
0
2
veteninfo.az

3Mənbələr