AZ

Tarakanın faciəli ölümü: Qızın qulağında zəhərləndi

Moskvada həkimlər qızın qulağından ölü tarakanı çıxarıblar. Belə ki, həşərat qızın üstünə çıxandan sonra yoxa çıxıb. Sonra məlum olub ki, o, qızın qulağına girib və qulaq kirindən zəhərlənərək ölüb.

Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, 17 yaşlı qız sol qulağında tıxanma hissi ilə Vidnovskaya xəstəxanasına müraciət edib. Qulaq kanalını araşdırarkən həkimlər orada tarakan aşkar ediblər. Həşərat ölü tapılıb. Görünür, qulaq kiri ilə zəhərlənib. Həkimlər hesab edirdilər ki, tarakan bir gündən çox qulaqda qalıb.

Qızın qulağı dəfələrlə yuyulub. Sonra bir aspiratordan istifadə edərək, tarakan hissə-hissə dəlikdən çıxarılıb. Yad cismin çıxarılması problemsiz keçib. Xəstənin qulaq pərdəsi və eşitmə kanalı zədələnməyib. Hazırda qız özünü yaxşı hiss edir və artıq evə buraxılıb.

Seçilən
8
publika.az

1Mənbələr