AZ

AFFA rəsmiləri FIFA-nın sammitində iştirak edirlər

Bakı, 20 iyun, AZƏRTAC

Bu gün ABŞ-ın Mayami şəhərində FIFA-nın İcraedici Futbol Sammiti keçirilir.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycanı milli assosiyasiyanın prezidenti Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayev təmsil edirlər.

Tədbir iştirakçılarına 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlıq, klublararası dünya çempionatı, eləcə də, gələcək layihələr haqqında məlumat verilib.

 

Seçilən
2
12
azertag.az

10Mənbələr