AZ

Baku Crystall Hall da UFC nin ulduz qonaqları ilə görüş keçirilib

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"UFC Fight Night Baku"ya saatlar qalmış "Baku Crystall Hall"da UFC-nin ulduz qonaqları ilə görüş keçirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakıda keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) turnirinin ulduz qonaqları, superyüngül çəki dərəcəsində UFC çempionu, gürcü döyüşçü Merab Dvalişvili və yarımorta çəki dərəcəsində keçmiş çempion Belal Muhammed yerli və xarici həvəskarların qarşısına çıxaraq azarkeşlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, "UFC Fight Night" iyunun 21-də "Baku Crystall Hall"da baş tutacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıktıbek Orolbay olacaq.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
2
baku.ws

3Mənbələr