AZ

Tələblər narazılıq edir - TİKA isə oxu başqa istiqamətə yönəldir

“2025-ci il üçün xarici universitetlərdən Azərbaycana köçürülmək istəyən tələbələr 30 iyun tarixinə qədər imtahan nəticələrini Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim etməlidirlər. Lakin 2024-cü il üçün sənəd qəbulu 1 avqust tarixinə qədər davam edirdi. Qəbul tarixinin anidən 30 gün qabağa çəkilməsi bizim təhsil hüququmuzu məhdudlaşdırır”.

Onların sözlərinə görə, 7 iyuldan isə Azərbaycana köçürülmə sisteminə müraciət üçün zaman ayrılıb. Lakin vaxt az olduğundan tələbələr imtahan nəticələrini aidiyyəti quruma təqdim edə bilmirlər: “Bəzi universitetlərdə imtahan nəticələri yalnız 10-15 iyul tarixlərində açıqlanacaq. Belə olan halda biz çatdırıb sənədlərimizi təqdim edə bilmirik. Bizə vaxtın ötənilkindən fərqli olaraq bu il irəli çəkilməsi ilə bağlı heç bir izahat da verilmir. İstəyərdik ki, bütün tələbələr bərabər imkanlardan istifadə edə bilsinlər. Bu, təhsil sistemimizin daha ədalətli və şəffaf olmasına kömək edəcək”.

Problemlə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, bu il yerdəyişmə prosesinin daha səmərəli təşkili məqsədilə önə çəkilməsi nəzərdə tutulub: “Xarici təhsil müəssisələrində imtahan nəticələri fərqli vaxtlarda elan olunur. Buna baxmayaraq, tələbələrin yerdəyişməsinin çevikliyini, səmərəliliyini təmin etmək və yeni tədris ili başlayana qədər prosesi başa çatdıra bilmək üçün bu il sözügedən prosesin önə çəkilməsi nəzərdə tutulub”.

 Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) isə qeyd edilib ki, onların mandatı yalnız qismən tanınma ilə bağlıdır: “TKTA tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademik tanınma şəhadətnaməsi təqdim olunur.

Seçilən
15
3
mia.az

4Mənbələr