AZ

Mətbuatın 150 illiyi ilə əlaqədar keçirilən seminarlar yekunlaşdı

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında keçirilən seminarlar yekunlaşıb.

Viral.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli tərəfindən dünya jurnalistikasının keçdiyi əsas tarixi mərhələlər, Azərbaycanda milli mətbuatın yaranması və inkişaf prosesi, müasir media mühitində maarifçilik funksiyasının rolu, eləcə də media etikasının aktual çağırışları ətrafında geniş təqdimatlar və praktiki müzakirələr aparılıb.

Qeyd olunub ki, jurnalistika sahəsi qədim dövrlərdən başlayaraq mütərəqqi inkişaf yolu keçir və hər dövrün özünəməxsus xüsusiyyətləri olur. Müasir dövrdə isə əvvəlkindən daha mürəkkəb mühitdə fəaliyyət göstərərək məlumat bolluğu və dezinformasiya ilə mübarizə kimi çağırışlarla üzləşir. Bu baxımdan seminar müasir və keçmiş jurnalistikanın tələblərini müqayisə etməklə yeni yanaşmaları dəyərləndirmək üçün böyük önəm dayışır.

Son Yazılar:

İnteraktiv formatda təşkil olunan seminar zamanı real media nümunələri üzərində təhlillər və fikir mübadiləsi aparılıb.

İnteraktiv formatda təşkil olunan seminar zamanı real media nümunələri üzərində təhlillər və fikir mübadiləsi aparılıb.

m4d06739

m4d06660

m4d06688

m4d06670

m4d06665

m4d06663

m4d06767

m4d06688

m4d06670

m4d06665

m4d06663

m4d06767

Seçilən
13
20
viral.az

10Mənbələr