AZ

Avrokomissiya Serbiyaya 51,7 milyon avro ayırıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Belqrad, 20 iyun, AZƏRTAC

Avropa Komissiyası Serbiyaya 51,7 milyon avro güzəştli kredit ayırıb.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Serbiyadakı nümayəndəliyi bu vəsaitin Aİ-nin Qərbi Balkan regionu üçün inkişaf planı çərçivəsində nəzərdə tutulan qabaqcadan maliyyələşdirmənin bir hissəsi olduğunu açıqlayıb.

Məlumata görə, Qərbi Balkan İnvestisiya Çərçivəsi Təşkilatı (WBIF) vasitəsilə qrant və kredit şəklində əlavə 59 milyon avro öncədən maliyyələşdirmə isə ölkə daxilində infrastrukturun inkişafına yönəldiləcək. Bu da Aİ-nin inkişaf planı çərçivəsində Serbiyaya ümumi maliyyə dəstəyinin 7 faizini təşkil edir.

İlkin maliyyələşdirmənin ödənilməsi Serbiya Milli Assambleyası tərəfindən İslahat və İnkişaf Aləti çərçivəsində kredit sazişinin ratifikasiyasından sonra həyata keçirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
azertag.az

2Mənbələr