AZ

Messi Ronaldu ilə münasibətlərindən danışdı: Hər zaman bir birimizə böyük hörmətlə yanaşmışıq

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu ilə tarixi qarşıdurmasından danışıb.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində Messiyə istinadən məlumat paylaşıb.

"Mən Kriştianu Ronalduya və onun qurduğu və qurmağa davam etdiyi karyerasına böyük hörmət və heyranlıqla yanaşıram. O, hələ də ən yüksək səviyyədə çıxış edir.

Onunla rəqabət meydanda idi... Hər birimiz komandamız üçün mümkün olan hər şeyi etmək istəyirdik. Hər şey meydanda qaldı. Meydandan kənarda biz iki adi oğlanıq. Birlikdə vaxt keçirmədiyimiz üçün dost deyilik, amma hər zaman bir-birimizə böyük hörmətlə yanaşmışıq", - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
oxu.az

1Mənbələr