AZ

Baş direktor: Gənclərin Süni İntellekt Forumu rəqəmsal gələcəyə hazırlıq məqsədi daşıyır

Bakı, 20 iyun, AZƏRTAC

Bakıda keçirilən Gənclərin Süni İntellekt Forumu gənclər üçün əhəmiyyətli platformadır. Belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev jurnalistlərə açıqlamasında bildirib.

“Forumun əsas məqsədi gənclərə dövlətin süni intellekt, rəqəmsallaşma və texnologiya sahələrində yaratdığı imkanlar barədə məlumat vermək, süni intellektin şəxsi inkişaf və karyera quruculuğunda səmərəli istifadəsini təşviq etmək, gəncləri bu texnologiyalardan düzgün istifadəyə həvəsləndirmək, metod və yanaşmaların onların arasında geniş yayılmasını dəstəkləməkdir”, – deyə A.Əliyev vurğulayıb.

Qeyd edək ki, Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı ilə “Baku ID” innovasiya festivalı çərçivəsində təşkil olunub.

 

Seçilən
13
1
azertag.az

2Mənbələr