AZ

Səbail rayonunda aşkarlanan silah-sursat ərazidən kənarlaşdırılıb

Bakı, 20 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış silah-sursatın istifadəyə yararlı 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 17 ədəd 5.45 mm-lik mərmi, 27 ədəd 7.62 mm-lik mərmi, 1 ədəd 9 mm-lik mərmi, 1 ədəd AK-74 avtomatının darağı və 1 ədəd ov tüfəngi olduğu müəyyən edilib.

Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Seçilən
3
38
azertag.az

10Mənbələr