AZ

İran İsrail obyektlərini vurdu

İran Silahlı Qüvvələri İsrailin komanda mərkəzlərinə, müdafiə sənayesi obyektlərinə, eləcə də “Nevatim” və “Xatsərim” aviabazalarına zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadla məlumat yayıb.

İyunun 20-də bildirilmişdi ki, İranın raket hücumu nəticəsində İsrailin Hayfa şəhəri yaxınlığında, əsas liman ətrafındakı binalar zərər görüb. Şəhər merinin müavini Sarit Golan-Şteynberqin sözlərinə görə, hazırda yerli hakimiyyət orqanları dəymiş ziyanın qiymətləndirilməsi ilə məşğuldur.

Seçilən
10
3
nocomment.az

10Mənbələr