AZ

İsveçrə səfiri və bəzi əməkdaşlar Tehrandan Azərbaycana gəliblər

İsrail və İran arasında artan gərginlik fonunda İsveçrə İrandakı səfirliyini müvəqqəti olaraq bağlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsveçrə XİN məlumat yayıb.

Qeyd edilib ki, İsveçrə İsrail və İran arasında münaqişənin kəskinləşməsindən dərin narahatlıq keçirir və bütün tərəfləri təmkinli olmağa çağırır:

“Bütün əcnəbi heyətimiz indi İranı tərk edib və güvəndədir.

5 əcnəbi heyət və onların tərəfdaşları Türkmənistana yola düşüb; Səfir Nadine Olivieri Lozano da daxil olmaqla qalan yeddi heyət üzvü də indi quru sərhədi keçib, Azərbaycana üz tutublar.

Vəziyyət imkan verən kimi Tehrana qayıdacaqlar”.

Seçilən
20
12
operativmm.az

10Mənbələr